Prezident silah ixracından danışıb: Qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, sursatların qiymətinin kəskin artması bu sahəni Azərbaycan üçün alternativ valyuta mənbəyinə çevirə bilər və qısamüddətli hədəf hərbi məhsulların ixracını bir milyard dollara çatdırmaqdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan müdafiə sənayesi sahəsində uğurlu islahatlar aparıb. Demək olar ki, atıcı və artilleriya müasir PUA ların istehsalı istiqamətində yeni zavodlar tikilib, birgə müəssisələr həyata keçirilib:
“Cənab Prezidentin verdiyi müsahibədə də aydın olur ki, 100 milyonlarla dollarlıq silah artıq dünya bazarına çıxarılır. Bu gün dünyada silah bazarı uğrunda mübarizə gedir və təbii ki, Azərbaycana da maraqlıdır ki, öz silah ixracını mallaşdırsın və yeni tərəfdaş ölkələrə silahlar satsın. Bu da Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyinin güclənməsinə gətirib çıxaracaq və Azərbaycan geosiyasi çəkisini artıra bilər. Yəni hər bir ölkənin potensialı olmalıdır ki, ixracı artilleriya silahlarının istehsalını həyata keçirsin. Bu xüsusda Azərbaycan artıq böyük bir layihələr həyata keçirir, buna nail olur. Düşünürəm ki, növbəti mərhələlərdə daha da ağır silahlar, raketlərin də istehsalına başlanacaq. Və bu, Azərbaycanın həm beynəlxalq, həmçinin regional geosiyasi mövqeyini yüksəldəcək".
Reyhan Quliyeva
