Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
“İnformator.az” "Axar.az"a istinadən xəbər verir ki, sərəncama əsasən, 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.