00:00:00
Yazar
Admin User
20.05.2025 16:55 178 1 dəq oxuma
Siyasət

Prezidentin iqlim nümayəndəsinin hüquqi statusu rəsmiləşdirilib

Prezidentin iqlim nümayəndəsinin hüquqi statusu rəsmiləşdirilib

 

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

 

"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, bu, 23 mayda keçiriləcək parlamentin iclasının gündəliyinə əlavə edilən "Dövlət Qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər