00:00:00
Yazar
Admin User
14.10.2025 19:07 145 2 dəq oxuma
Siyasət

Prezidentin Misirə işgüzar səfəri

Prezidentin Misirə işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Dövlət başçısı Şarm əl-Şeyxdə keçirilən Sammitdə liderlərlə görüşüb və ABŞ Prezidenti ilə birgə foto çəkdirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Azərbaycan Prezidenti istər Avropada, istər Türk dünyasında, istər MDB məkanında, istər müsəlman dünyasında böyük nüfuza malikdir:

 

"Prezident İlham Əliyev bu sadaladığım istiqamətlərdə bütün dövlətlərlə yüksək səviyyədə əlaqələr qurmağı bacarıb və buna görə də istənilən problemin həllinə öz tövhəsini verməyi bacaran az saylı liderlərdəndir. Yada salaq ki, NATO və Rusiya fikir ayrılıqlarını aradan qaldırmaq üçün Bakıda görüşüb. Bundan başqa İsrail-Türkiyə, İsrail-Suriya diplomatik təmasları da Bakıda baş tutub. Bir sözlə Azərbaycan öz diplomatik həmlələrini Atatürkün sözü ilə desək “yurdda sülh, cahanda sülh” prinsipi ilə həyata keçirir. 

 

Yaxın Şərq Sülh Sammitinə gəldikdə, burada Azərbaycan Prezidentinə xüsusi diqqət var idi. Bütün liderlər İlham Əliyevlə görüşmək və müəyyən müzakirələr aparmaq üçün can atırdı . Bu Azərbaycan diplomatiyasının nə qədər uğurla aparılmasının nəticəsidir. Donald Trampın İlham Əliyevlə görüşündə Azərbaycan Prezidentini işarə edib onunla düşmən olmaq istəməzsiz deməsi isə Azərbaycanın gücünün etirafı idi. ABŞ Prezidenti bu gücü qiymətləndirir və güclü Azərbaycanla əlaqələri möhkəmləndirməkdə maraqlıdır. ABŞ-Azərbaycan münasibətlərində Vaşinqton görüşündən sonra artıq yeni mərhələ başlayıb. Bu mərhələ isə hər iki tərəfin də faydalanacağı əməkdaşlıq mühiti formalaşdırır. 

 

Azərbaycanın da böyük diplomatik səyləri nəticəsində Yaxın Şərqdə əldə olunan sülhdən sonra bu region üçün də yeni mərhələ başlayır. Bu sülhün möhkəmləndirilməsi üçün diplomatik səylərin artırıldığı və Qəzzanın yenidən qurulmasına dəstək mərhələsi olacaq. Azərbaycan isə hər iki istiqamətdə tövhə verməyə hazırdır".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər