00:00:00
Yazar
Admin User
12.09.2023 19:04 375 2 dəq oxuma
Dünya

Priqojinin sərvəti ailə içi ixtilafa səbəb olub

Priqojinin sərvəti ailə içi ixtilafa səbəb olub

Vaqnerdən başqa 3 şirkəti və iaşə biznesi olan Priqojin 1 milyard dollar sərvətə sahibdir. Rusiyanın Novaya qazetinin xəbərinə görə, onun oğlu və qızları atalarının mirasının bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməyiblər. Bəzi məlumatlara görə, o sərvətinin çoxunu oğluna ayırıb. 



Ekspert Olqa Kurnosova bildirir ki, onun keçmiş biznes aktivləri miras olaraq oğlu Pavel Priqojinə qalıb: “Vaqner qrupunun bəzi rəsmiləri də çalışırlar ki, bu miras onun oğluna - Pavel Priqojinə qalsın. Onlar əllərindən gələni edirlər ki, biznes aktivləri Pavelin nəzarətində saxlanılsın. Son günlərdə baş verən müəyyən görüşlər də bununla əlaqəlidir”.

Bəzi ekspertlər Vaqnerin əmnlakını Rusiyanın mənimsəmək istədiyini deyir.

Ekspert Maksimilian Hess deyir ki, şübhəsiz ki, Rusiya bir milyard dolları mənimsəmək istəyir: “Deməli, bu, böyük məbləğdir. Putin açıqlamalarında bunun bir hissəsinin Müdafiə Nazirliyinin büdcəsindən gəldiyini bildirib. Lakin hamıya məlumdur ki, son bir il yarımdır, Kreml maliyyələşməni dayandırıb. Təbii ki, daha öncə də tam büdcə ayrılmırdı. Deməli, burada ciddi qeyri-müəyyənlik var. Putin etiraf edir ki, Rusiya dövləti sonda ona qarşı çevrilən qrupu maliyyələşdirir”.

Digər tərəfdən Rusiyanın muzdlu Vagner qrupunu Britaniya hökuməti terror təşkilatı elan etməyi planlaşdırır. Bu qərarla qruplaşmaya qoşulmaq cinayət sayılacaq. Britaniya parlamentinə təqdim olunması gözlənilən layihə eyni zamanda Vagnerin əmlakına həbs qoyulması mənasına gəlir. Parlamentə təqdim olunması gözlənilən layihə Vaqnerin əmlakına da həbs qoyulmasına imkan verəcək. Bəziləri bunu çoxdan gecikən addım hesab edir.

Xatırladaq ki, 62 yaşlı Priqojin uzun müddət Rusiya lideri Putinin yaxın müttəfiqi olub və onun hakimiyyəti dövründə varlı iş adamı, daha sonra isə muzdlu dəstənin rəhbəri olub. Ukraynanın şərqində Baxmut şəhərini geri almaq üçün aylardır davam edən müharibədə Vaqner döyüşçüləri böyük itkilər verib. O, Rusiya Müdafiyə Nazirliyini yetəri qədər hərbi silah-sursat dəstəyi verməməkdə günahlandırıb. Rusiya ordusunu Ukraynada Vaqner qüvvələrinə qarşı raket hücumu təşkil etməkdə ittiham etdikdən sonra bu gərginlik iyunun 23-də üsyanla davam edib. İyunda cəmi 24 saat davam edən üsyana rəhbərlik etdikdən sonra bir neçə dəfə ictimaiyyət qarşısında çıxış edib. 5 min Vaqner əsgəri Rusiyanın cənubundakı Rostov-na-Don şəhərinin nəzarətini ələ keçirərək ordu rəhbərliyini aradan qaldırmaq məqsədi ilə Moskvaya doğru hərəkət edib. Yürüşdən 1 ay sonra Priqojin müəmmalı təyyarə qəzasında həyatını itirib.

 

İlkin

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər