00:00:00
Yazar
Admin User
05.09.2025 19:50 155 1 dəq oxuma
Sosial

Psixoloji dəstək xidmətlərinə maraq artır

Psixoloji dəstək xidmətlərinə maraq artır

Son dövrlərdə cəmiyyətdə psixoloji dəstək xidmətlərinə olan tələbat əhəmiyyətli dərəcədə artıb. Mütəxəssislərin sözlərinə görə, müraciət edənlərin sayında əvvəlki illərlə müqayisədə ciddi yüksəliş müşahidə olunur.

 

Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova “İnformator.az”a bildirib ki, psixoloji dəstək insan üçün vacib nüanslardan biridir. Əgər insanın özünü bağışlamayacağı nüanslar, ailədə yaşadığı konfliktlər, keçmişi ilə yaşayıb, hər şeydə özünü günahlandırırsa mütləq şəkildə psixoloji dəstək almalıdır:

 

“Psixoloji dəstək insana bir vaksin kimidir. Necəki insan özünü infeksiyalardan qorumaq üçün vaksin vurdurur, psixoloji dəstək aldıqdada eynilə gələcək zamanda qarşılacağı problemləri asanlıqla yola verə bilir. Eyni zamanda özü öz həyatına psixoloji dəstək olur. Pandemiya və müharibə dövründə insanların psixoloji problemləri üzə çıxdı. Sosial şəbəkədən istifadə edən insanlar bir növ asosyal insan olurlar. Onlar cəmiyyətdə dostlarıyla, yaxınlarıyla kontaktda olmaqdansa saatlarla ekran qarşısında görünmədən virtual münasibət saxlamağa başlayır və beləliklə virtuallıqdan asılı olmağa başlayır. Bu mənada psixoloji dəstək onları fərqində olmağa qaytarır. Dəstək nəticəsində fərqində olan insan həyatını daha düzgün idarə edən insana çevrilir. Psixoloji dəstəyin nəticəsində insanlar problemə problem kimi deyil, həll etməsi lazım olan məsələ kimi baxmağa başlayır”.


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər