00:00:00
Yazar
Admin User
17.10.2025 09:46 108 1 dəq oxuma
Dünya

Putin Budapeştdə heç bir sürprizlə üzləşməyəcək

Putin Budapeştdə heç bir sürprizlə üzləşməyəcək

Budapeşt Rusiya-ABŞ sammiti üçün məntiqli seçimdir, çünki Macarıstan Avropada üç ildir ardıcıl olaraq sülhü müdafiə edən yeganə ölkədir və iki ölkə prezidenti orada heç bir siyasi sürprizlə üzləşməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.


“Fikirləşsək, başqa variant yox idi. Avropadan kənarda belə bir görüşün keçirilə biləcəyi bir çox yer var, məsələn, ilk sammitin keçirildiyi Alyaska. Amma bunu Avropada etmək istəsəydilər, aydın olardı ki, Budapeşt bu gün Avropada belə bir görüşün keçirilə biləcəyi yeganə yerdir. Artıq üç ildir yeganə ölkəyik ki, sülhü ardıcıl, açıq, yüksək səslə, hətta fəal şəkildə müdafiə edirik”, - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər