00:00:00
Yazar
Admin User
19.06.2025 06:19 142 1 dəq oxuma
Dünya

Putin'dən Prezident Ərdoğana təşəkkür

Putin'dən Prezident Ərdoğana təşəkkür

Putin, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb.


Putin, İranda xalqın rejim ətrafında birləşdiyini söyləyib. “Düşmənçilikləri sona çatdırmağın yollarını axtarmalıyıq” deyən Rusiya lideri, İranın sülhməramlı nüvə enerjisinə sahib olmaq haqqı olduğunu vurğulayıb.


Birləşmiş Ştatlar və İsraillə təmasda olduqlarını bildirən Putin, “Heç kimə heç nə təlqin etmirik, sadəcə vəziyyətdən çıxış yolunu necə gördüyümüzü izah edirik,” deyib.


Prezident Ərdoğana təşəkkür


Ukrayna müharibəsi və Qərblə yaşanan gərginliyə də toxunan Putin, İstanbul danışıqları üçün Prezident Ərdoğana minnətdarlığını bildirib.


Rusiya NATO-ya hücum edəcək iddialarını “absurd” adlandıran Putin, Trampın “Əgər mən prezident olsaydım, Ukrayna müharibəsi olmazdı” fikri ilə razı olduğunu qeyd edib.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər