00:00:00
Yazar
Admin User
05.12.2025 13:41 95 1 dəq oxuma
Dünya

Putin Hindistana enerji təchizatını davam etdirməyə hazır olduqlarını bildirib

Putin Hindistana enerji təchizatını davam etdirməyə hazır olduqlarını bildirib

 

Rusiya Prezidenti Vladimir Putin 2030-cu ilə qədər iqtisadi əməkdaşlığı gücləndirmək üçün Hindistanla anlaşma memorandumu imzaladıqlarını açıqlayıb və deyib: "Hindistanın sürətlə böyüyən iqtisadiyyatı üçün fasiləsiz enerji təchizatını təmin etməyə hazırıq".

 

Rusiya ilə Hindistan arasında ticarət həcminin ötən il 12 faiz artaraq 65 milyard dollara çatdığını qeyd edən Putin bu rəqəmi ildə 100 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.
Hindistanın Rusiya üçün vacib ticarət tərəfdaşı olduğunu vurğulayan Putin deyib: "Ticarət məqsədlərimizə çatmaq üçün 2030-cu ilə qədər Rusiya-Hindistan iqtisadi əməkdaşlığının inkişaf proqramı barədə razılıq əldə edilib". Putin Hindistanın hərbi-texniki sahədə Rusiyanın yaxın tərəfdaşı olduğunu bildirərək deyib: "Yarım əsrdən çoxdur ki, ölkəmiz Hindistan ordusunun təchiz edilməsinə və modernləşdirilməsinə kömək edir. Danışıqların nəticələrindən tamamilə məmnunuq".

Putin səfərinin və əldə edilən razılaşmaların Rusiya-Hindistan strateji tərəfdaşlığının daha da dərinləşməsinə töhfə verəcəyini vurğulayıb. İmzalanan müqavilələrə qanunsuz miqrasiyaya qarşı mübarizə, səhiyyə, elm, logistika və Arktika regionunda əməkdaşlıq daxildir.

 

TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər