00:00:00
Yazar
Admin User
14.05.2025 14:40 224 1 dəq oxuma
Dünya

“Putin İstanbula gəlməsə, bu, tam məğlubiyyət kimi görünəcək”

“Putin İstanbula gəlməsə, bu, tam məğlubiyyət kimi görünəcək”

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbul sammiti öncəsi çıxışı zamanı:
“Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”,-deyib.

 

Zelenski deyib ki, Putin İstanbula gələcəyi təqdirdə atəşkəs və bütün məhbusların mübadiləsini müzakirə etməyi planlaşdırır.

“Əgər mən onunla görüşsəm, siyasi qələbə, atəşkəs, bütün məhbusların mübadiləsi və ya buna bənzər bir şeylə çıxmalıyıq”,- Zelenski bildirib.


Donald Trampın mümkün iştirakının Putini İstanbula gəlməyə sövq edə biləcəyini deyən Ukrayna Prezidenti deyib:
“Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”.


Zelenski davam edib:

“Putinlə görüşümün məqsədini başa düşməliyik. O və mən indi hər şeydə razılaşa bilmərik, bu mümkün deyil, amma birtəhər müharibəni bitirmək üçün format tapmalıyıq. Əgər gəlmirsə, deməli, o, siyasi qələbəyə can atmır. İstənilən danışıqlar simvolik deyil, konkret nəticələr verməlidir. Əgər onunla görüşsəm, mədəni, siyasi qələbə ilə tərk etməliyik”.

 


Mənbə: Haber Global
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər