00:00:00
Yazar
Admin User
27.11.2025 17:38 189 3 dəq oxuma
Dünya

Putin müharibədən qalib çıxa bilməz

Putin müharibədən qalib çıxa bilməz

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsini uğurla bitirmək imkanına sahib deyil.

 

Merz bildirib ki, müharibənin tezliklə başa çatması istənilir, lakin Ukraynanın və Avropanın razılığı olmadan əldə olunacaq hər hansı saziş davamlı sülh yaratmayacaq: “Ukrayna fiqur deyil, suveren dövlətdir və qərarlar yalnız qarşılıqlı razılıqla verilə bilər. Almaniya Ukraynaya dəstəyi davam etdirəcək və dondurulmuş Rusiya aktivlərini bu məqsəd üçün istifadə edəcək”.

 

Bu mövzu ilə bağlı milli məclisin üzvü, deputat Azər Allahverənov “İnformator.az”a bildirib ki, Rusiya-Ukrayna müharibəsi istənilən halda Rusiya-Almaniya münasibətlərinə də ciddi şəkildə xələl gətirib:

 

“Biz görürük ki, müxtəlif sahələr üzrə- xüsusilə müdafiə sahəsində əməkdaşlıq və digər istiqamətlərdə - mövcud fəaliyyətlərin hamısı dayandırılıb. Hazırda tərəflər arasında yeni diplomatik münasibətlər formalaşıb və Rusiya Almaniyanı Ukraynanı silahlandırmaqda günahlandırır. Eyni zamanda Almaniya da Rusiyanı müharibədə tətbiq etdiyi üsullara görə kəskin tənqid edir və Ukraynaya hərbi dəstəyi artırmaq niyyətindən açıq danışır. Bütün bunlar iki dövlət arasında münasibətlərin kifayət qədər gərgin və kritik vəziyyətə çatmasına səbəb olur. Bu gərginlik birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslərdən qaynaqlanır və həmin proseslər münasibətlərin xarakterini müəyyən edir. Almaniya birmənalı şəkildə Ukraynaya dəstəyini davam etdirmək fikrindədir. Baxmayaraq ki, Almaniya cəmiyyətində bəzən Ukrayna ilə bağlı neqativ fikirlər də səslənir - xüsusilə Ukraynalı qaçqınların yerləşdirilməsi və onlara göstərilən sosial yardım proqramlarının hökumət üçün əlavə yük kimi qiymətləndirilməsi ilə bağlı. Müxalif siyasi partiyaların da bu məsələni hökumətə təzyiq vasitəsi kimi istifadə etdiyini görürük. Lakin bunlar daha çox siyasi ritorikadır. Ümumilikdə Almaniya Ukraynaya yardımın davam etdirilməsi məsələsində yekdil mövqeyə malikdir. Amma bu yardımın nə qədər davam edəcəyi və hansı həddə qədər uzanacağı Rusiya-Ukrayna cəbhəsində baş verən proseslərdən asılı olacaq. Bu səbəbdən də dəqiq proqnoz vermək çətindir. İndi isə digər suallara keçək. Rusiya aktivlərinin istifadə olunması ilə bağlı əsas məsələ-siyasi qərarın verilib-verilməməsidir. Aktivlərin istifadəsi ilə bağlı müəyyən yanaşmalar mövcuddur, lakin yekdil qərar hələ formalaşmayıb. Siyasi qərar qəbul edildikdən sonra mexanizmlər barədə daha konkret danışmaq mümkün olacaq. ABŞ vasitəsilə irəli sürülən sülh planı hazırda müzakirə olunur və bu müzakirələr fonunda aktivlərlə bağlı məsələ də mühüm yer tutur. Yəqin ki, sülh planı ətrafında razılaşma əldə olunarsa, aktivlərin istifadəsi ilə bağlı mexanizmlər də həmin razılaşmanın bir hissəsi kimi müəyyən ediləcək. Almaniya-Rusiya münasibətlərinin gələcəkdə necə dəyişəcəyi də məhz bu qərarlardan asılı olacaq. Hazırda diplomatik münasibətlər gərgin mərhələdədir və Rusiya həm ümumi siyasi mövqelərində, həm də aktivlərlə bağlı məsələdə kəskin mövqe sərgiləyir. Əgər sülh planı çərçivəsində aktivlər barədə razılıq əldə olunarsa, bu, iki ölkə arasındakı münasibətlərin xarakterinə birbaşa təsir göstərəcək və münasibətlərin gələcək istiqamətini müəyyənləşdirəcək”.

 

Cavahir Əsgərbəylib

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər