00:00:00
Yazar
Admin User
19.09.2025 14:25 121 2 dəq oxuma
Siyasət

Putin məni pis vəziyyətdə qoyub

Putin məni pis vəziyyətdə qoyub

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsi məsələsində məni pis vəziyyətdə qoyub. Bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə keçirdiyi mətbuat konfransında deyib.


“Putinlə münasibətimə görə Ukraynadakı müharibəni tez bitirə biləcəyimi düşünürdüm, lakin o, məni xəyal qırıqlığına uğradıb”, - Amerika lideri gileylənib.


Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Tramp müxtəlif platformalarda fərqli fikirlər səsləndirmə siyasətini davam etdirir:


“Biz bilirik ki, o, hakimiyyətə gəldikdən sonra Rusiya Prezidenti Vladimir Putin haqqında daha çox müsbət fikirlər bildirib.


Tramp Rusiya-Ukrayna müharibəsinin başlanmasında məsuliyyəti Putinə yox, əsasən ABŞ-nin o zamankı Demokratlar Administrasiyasına, Avropa dövlətlərinə və hətta Ukraynanın özünə yönəldib. Bu mövqeyində ciddi dəyişiklik müşahidə olunmur. Sadəcə, verdiyi vədlərin reallaşmaması fonunda, Avropada səsləndirdiyi fikirlərlə vəziyyətdən çıxmağa çalışır”.


Xəyal Bəşirov açıqlamasında bildirib ki, Avropa dövlət rəhbərlərinin iştirakı ilə dəfələrlə “müharibənin qısa müddətdə bitəcəyi” barədə açıqlamalar versə də, bunlar reallıqda təsdiqini tapmayıb:


“Nəticədə Trump indi öz mövqeyini əsaslandırmağa məcburdur və iddia edir ki, gözləntiləri əsaslı idi, sadəcə Putin onun ümidlərini
doğrultmayıb.Bununla belə, bu, prosesdə ciddi dəyişiklik yaratmır. Rusiya müharibəni davam etdirir, Avropa da yaxşı anlayır ki, sanksiyaların uzadılması və sərtləşdirilməsi real nəticə verməyib. Artıq dörd ilə yaxın müddətdə mərhələli şəkildə tətbiq edilən sanksiyalara qarşı Rusiya iqtisadiyyatı müəyyən immunitet formalaşdırıb.


Doğrudur, bu sanksiyalar Rusiyaya zərbə vurur, amma nə dövlətin çökməsinə, nə də Ukraynadakı əməliyyatları dayandırmasına səbəb olub. Bu baxımdan, Trampın Avropada səsləndirdiyi fikirlər daha çox Avropa auditoriyası üçün nəzərdə tutulub. Ölkəsinə qayıtdıqdan sonra fərqli açıqlamalar verməsi isə təəccüblü olmayacaq.


Beləliklə, onun bu siyasəti də Rusiyanın Ukraynadakı fəaliyyətinə ciddi təsir göstərmir”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər