00:00:00
Yazar
Admin User
12.09.2025 17:05 117 2 dəq oxuma
Siyasət

Putin NATO-ya meydan oxuyub, Tramp isə susub

Putin NATO-ya meydan oxuyub, Tramp isə susub

“New York Times” yazır ki, Rusiya PUA-larının Polşa hava məkanına hücumu fonunda ABŞ Prezidenti Donald Tramp passiv mövqe sərgiləyib. O, sərt açıqlama vermək əvəzinə, hadisədən saatlar sonra sosial şəbəkədə yalnız qısa və qeyri-müəyyən paylaşım edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Trampın daha sərt reaksiyasını gözləyənlər buna şahidlik edə bilmədilər:

 

"Amma bu o demək deyil ki, Amerika Rusiyanın bu hərəkətinə laqeyd qaldı. Əksinə, bildiyim qədər NATO-da məsələ müzakirə olundu və böyük ehtimalla ABŞ ilə da fikir mübadiləsi aparıldı. Hətta BMT Təhlükəsizlik Şurasında da məsələ gündəmə gətirildi.Rəsmi olaraq NATO bu hadisəni hücum kimi dəyərləndirmədi, çünki zirehli hava vasitələri Polşa ərazisinə partlayıcı maddə olmadan göndərilib. Burada ehtimallar var ki, Rusiya sistemi yoxlamaq və NATO-nun hava müdafiə imkanlarını sınamaq istəmiş ola bilər. Eyni zamanda, Prezident Zelenski də bu mövqeni bölüşür və ehtimal olunur ki, Rusiya bu hərəkətlə Ukraynaya hava müdafiə sistemlərinin verilməsini əngəlləməyə çalışır.Bütün hallarda NATO və üzv dövlətlər adekvat hərəkətlərini təmin ediblər. ABŞ məsələdə daha çox Polşanı dəstəkləyir. Trampın Rusiya ilə bağlı davranışları isə hər zaman suallar doğurur. Bayden daha sərt mövqe göstərirdisə, Tramp bəzən yumşaqlıq və güzəşt nümayiş etdirir".

 

Həmçinin politoloq açıqlamasında Rusiyanın NATO-ya növbəti addımlarından danışıb :

 


"Rusiyanın NATO-ya növbəti addımları açıq şəkildə ağlabatan görünmür, çünki bu, Rusiyanın üzərinə ağır yük gətirə bilər. Lakin narazılıq müəyyən əsaslar yaradıb və qırmızı xətt məsələsi hələlik keçilməyib. NATO-nun Polşa hadisəsini hücum kimi qiymətləndirməməsi bu məsələnin kölgədə qalmasına səbəb olur.Hər iki tərəf – həm NATO, həm də Rusiya – hazırda hərbi hazırlıqlar aparır. Rusiya ilə Belarus arasında keçirilən təlimlər Polşa hökumətində də narahatlıq yaradıb və ordu səfərbər olunub. Buna baxmayaraq, ümumi inam var ki, hələlik Rusiya və NATO birbaşa qarşılaşmayacaq, əsas maraq hələlik Polşa ilə məhdudlaşır".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər