Putin niyə Dehlidə Modini ziyarət edir?
Rusiya Prezidenti Vladimir Putin Hindistana iki günlük səfərə başlayır. Səfər zamanı o, Baş nazir Narendra Modi ilə görüşəcək və hər iki ölkənin keçirdiyi illik sammitdə iştirak edəcək.
ABŞ-nin Rusiya neftini almağı dayandırmaq üçün Hindistana təzyiqini artırmasından bir neçə ay sonra Dehli və Moskvanın bir sıra müqavilələr imzalaması gözlənilir. Bu, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə bir sıra danışıqlar apardığı bir vaxta təsadüf edir. Hindistan və Rusiya onilliklərdir yaxın müttəfiqlərdir və Putinlə Modi arasında isti münasibətlər mövcuddur. Onların hər ikisinin bir-birinə niyə ehtiyacı olduğuna və görüşərkən nələrə diqqət etməli olduqlarına nəzər salaq.
BBC News
Səadət Əlizadə