00:00:00
Yazar
Admin User
25.08.2025 12:43 91 1 dəq oxuma
Dünya

Putin Pezeşkianla danışıb

Putin Pezeşkianla danışıb

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

 

"İnformator.az"xəbər verir ki, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran prezidentini məlumatlandırıb.

 

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib. İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub. İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub. Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılması və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər