Putin Pokrovski ələ keçirdiyini açıqlayıb, Kiyev bunu təkzib edir
Rusiya Prezidenti Vladimir Putin bazar günü Ukraynanın şərqindəki Pokrovski şəhərinin Rusiyanın nəzarətinə keçdiyini elan edib. Kiyev isə çərşənbə axşamı döyüşlərin hələ də davam etdiyini bildirib və Moskvanın açıqlamalarını təkzib edib.
Putin bu xəbəri “əmr postu” ziyarəti zamanı alıb. Eyni zamanda, ABŞ-nin xüsusi nümayəndəsi Steve Witkoff və Jared Kushner Putinlə görüşüb, lakin görüşdən kompromis planı çıxmayıb. Ukrayna isə suverenliyinə toxunan hər hansı sülh planını qəbul etməyəcəyini açıqlayıb.
Cnn News
Ədilə Hüseynzadə