Putin Tokayevi çaya dəvət edib
Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi çay və kofe içməyə dəvət edib.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, Tokayev təklifi müsbət qarşılayıb.
"Bizim iki hissəmiz var. İndi qeyri-rəsmi şəraitdə nahar edəcəyik, sonra sizi öz yerimə dəvət etmək istərdim, orada oturub çay və ya qəhvə içəcəyik", - Putin deyib.
Tokayev noyabrın 11-də Moskvaya dövlət səfərinə gedib. Onu hava limanında Rusiya Baş nazirinin birinci müavini Denis Manturov qarşılayıb. Qazaxıstan lideri noyabrın 12-dək Rusiyada qalacaq.
Putinlə danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlığının və siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müttəfiqlik əlaqələrinin inkişafı ilə bağlı əsas məsələlərin müzakirəsi planlaşdırılır. Digər məsələlərlə yanaşı, regional və beynəlxalq gündəlikdəki əsas mövzulara da toxunulacaq.
