00:00:00
Yazar
Admin User
20.10.2025 11:19 159 2 dəq oxuma
Dünya

Putin-Tramp görüşündə təxribat olacaq - Siyarto

Putin-Tramp görüşündə təxribat olacaq - Siyarto

Bəzi Avropa Birliyi siyasətçiləri Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya və ABŞ prezidentləri sammitini pozmaq üçün təxribatlara əl atacaqlar.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Budapeştdə keçiriləcək Tramp-Putin görüşündə təxribat törədilmə ehtimalı ola bilər, ancaq bunun baş verməsinə imkan tanınacağı o qədər də inandırıcı görünmür, çünki bu görüş ABŞ-nin xüsusi nəzarəti altında keçiriləcək:

 

 

“Görüş keçirilən əraziyə aidiyyatı olmayan kimlərinsə daxil olmasına imkan verilməz və böyük ehtimalla əgər söhbət təxribatdan gedirsə bu yalnız Avropa Birliyi səviyyəsində və yaxudda onun ayrı-ayrı yüksək rütbəli təmsilçiləri səviyyəsində Tramp Putin görüşünün əleyhinə bəyanatların və yaxudda açıqlamaların verilməsi məzmununda ola bilər. Buna da Avropa Birliyinin və eyni zaman Avropa Birliyinə daxil olan yüksək rütbəli siyasətçilərin cəsarət edəcəyi o qədər də inandırıcı görünmür, çünki ABŞ ilə qarşıdurma vəziyyətinə girmək istəməz Avropa Birliyi və onun yüksək rütbəli təmsilçiləri. Bu Avropa Birliyi məkanında olduqca ağır nəticələr verə bilər. Xüsusilə də, iqtisadi faktorlar üzərindən Avropa Birliyi məkanında daxil olan ölkələrdə ABŞ-nin təzyiqləri arta bilər. Bu baxımdan təxribatların olma riski istisna edilməsə də, onun baş tutma ehtimalı o qədər də yüksək deyil. Yəqin ki, Trampa qeyri-rəsmi şəkildə verilmiş mesaj xarakteri açmış ola bilər, ancaq reallıqda ABŞ-nin xüsusi xidmət servisləri belə təxribatlara qətiyyən imkan verməz”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər