00:00:00
Yazar
Admin User
19.09.2025 18:39 93 2 dəq oxuma
Siyasət

“Putin Trampın açıqlamalarını öz maraqları üçün manipulyasiya edir”

“Putin Trampın açıqlamalarını öz maraqları üçün manipulyasiya edir”

Ukraynanın sabiq xarici işlər naziri Vadim Pristayko bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ Trampın bəyanatlarını fürsət kimi istifadə edərək NATO üzərində təzyiq göstərir. Onun sözlərinə görə, bu strategiya alyansın birliyinə və regionun təhlükəsizliyinə ciddi təhdid yaradır və NATO-nun qərarvermə prosesinə təsir göstərir.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Putin danışıqlarda maraqlı deyil və Trampın açıqlamalarını öz maraqları üçün manipulyasiya edir:

 

“Tramp özü də bildirib ki, Putinə danışıqlar zamanı müraciət edir, amma danışdıqdan bir saat sonra Ukrayna ərazisində geniş hərbi əməliyyat həyata keçirilir. Bu həm Tramp, həm də NATO rəhbərliyinin Putinin niyyətlərini daha yaxşı başa düşməsinə səbəb olub. Donald Tramp Ukraynaya hərbi yardımları artırıb və NATO üzvləri Rusiya təzyiqlərinə qarşı ortaq və möhkəm mövqeyini nümayiş etdiriblər. Polşa və Ruminiyada baş verən kəşfiyyat və hava hücumları NATO ölkələrini vəziyyətə hazır olmağa məcbur edib və alyansın birlik, koordinasiyasını gücləndirib. NATO daxilində Putinin hədələri artıq real təhdid kimi qiymətləndirilir və alyans üzvləri bunun qarşısını almaq üçün siyasi və hərbi addımlar atır. Əvvəlki Tramp bəyanatları Putinin maraqlarına xidmət etsə də, indi bu açıqlamalar verilmir. Bu dəyişiklik isə NATO daxilində qərarvermə prosesini gücləndirib, Ukraynaya hərbi dəstəyin artırılmasına imkan yaradıb. Eyni zamanda bu addımlar regionda təhlükəsizliyin qorunmasına, Rusiyanın geosiyasi təsirinin məhdudlaşdırılmasına və alyansın birliyinin möhkəmlənməsinə xidmət edir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər