00:00:00
Yazar
Admin User
14.05.2025 20:08 238 1 dəq oxuma
Dünya

Putin Ukrayna ilə danışıqlar üçün nümayəndə heyətini təsdiqləyib

Putin Ukrayna ilə danışıqlar üçün nümayəndə heyətini təsdiqləyib

 

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.


Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər