Putin Ukrayna ərazisinə dair tələblərində israr edir
“Putin ABŞ-lə Moskvada aparılacaq danışıqlardan əvvəl Ukrayna ərazisinə dair tələblərində daha da israr edir".
Prezident Vladimir Putin Ukraynada müharibənin bitməsi ilə bağlı əsas tələblərini bir daha sərtləşdirib və bildirib ki, Rusiya yalnız Kiyevin qoşunları Moskvanın iddia etdiyi ərazilərdən geri çəkildiyi halda silahları yerə qoyacaq.
Putin uzun müddətdir ki, Rusiyanın güc yolu ilə ələ keçirdiyi Ukrayna ərazilərinin hüquqi olaraq tanınmasını tələb edir.
Bu ərazilərə 2014-cü ildə qanunsuz şəkildə ilhaq etdiyi Krım yarımadası, həmçinin əsasən Moskvanın nəzarətində olan Luqansk və Donetsk bölgələrindən ibarət Donbas daxildir.
Kiyev isə hələ öz nəzarətində saxladığı Donbas hissələrindən imtinanı tamamilə mümkünsüz hesab edir və Rusiyanın təcavüzünə görə mükafatlandırılmasını qəbul etmir.
Mənbə: BBC news
Ayisə Şərifova