Putin və Əliyev bu gün görüşəcək
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin bu gün görüşəcəyini açıqlayıb və görüşün nəticəsi ilə bağlı nikbin olduğunu bildirib.
Kreml: Putin və Əliyev bu gün görüşəcək
Peskov jurnalistlərə deyib ki, Putinin Tacikistana rəsmi səfəri üçün çox əhatəli gündəmi var.
Rusiya-Azərbaycan əlaqələrinin ayrı bir mövzu olduğunu qeyd edən Peskov, "İki dövlət başçısının bu gün görüşəcəyi ilə bağlı razılığa gəldik. Bu görüşün nəticələrini görəcəyik. Buna nikbin yanaşırıq" dedi.
Peskov ümid etdiyini bildirib ki, hər iki lider ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edəcək və qalan məsələləri həll edəcək.
Oktyabrın 7-də Putinlə Əliyev arasında telefon danışığının "yaxşı, müsbət və konstruktiv" olduğunu vurğulayan Peskov, hər iki liderin bu görüş zamanı görüşmək barədə razılığa gəldiyini əlavə edib.2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus Embraer 190 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan rəsmiləri təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradıb.
Bundan sonra iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda azərbaycanlıların zəbt etdikləri evlərə basqın edərək iki azərbaycanlını öldürüb, bir neçə nəfəri isə ağır yaralayıb.
Bu hadisədən sonra Rusiya ilə Azərbaycan arasında gərginlik daha da artıb.
Trt haber
Selcan Xudiyeva