Putin və Tokayevdən gözlənilməz bəyannamə
Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev Kremlin Böyük Sarayının Malaxit foyesində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Danışıqlar zamanı tərəflər Rusiya qazının Qazaxıstana, o cümlədən ölkənin şimal və şərq bölgələrinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya ilə Qazaxıstan arasında münasibətlər əvvəldən normal olub:
“Düzdür Rusiyadan dəfələrlə Qazaxıstana qarşı ərazi iddiaları və s. bu hallar olub. Amma belə ümumi olanda münasibətlər normal olub. Həm Avropa İttifaqına, həm də kollektiv təhlükəsizlik müqaviləsi ölkələrində bunların birgə əməkdaşlığı olub. Yəni bu təşkilat çərçivəsində həm daxili, həm də iqtisadi baxımdan və siyasi baxımdan MDB çərçivəsində əlaqələri var. Burada hər tərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanması onların münasibətlərində hər hansı bir dəyişiklik etməyəcək. Azərbaycanla strateji əməkdaşlıq müqaviləsi bağlıyıblar. Qazaxıstan kiçik dövlət deyil, ərazisi böyükdür, əhalisi 20 milyona yaxındır. Qazaxıstanın özünəməxsus bir xarici siyasət strategiyası var. Bu o demək deyil ki Takayev ancaq onun istəklərini həyata keçirəcək. Tokayev öz istəklərini həm Rusiya ilə, həm Çinlə, həm tək balans formalaşdırmaqdır. Amma Rusiyanın istəklərinin tam olacağı düşünülmür. Ukrayna məsələsində də bu günə qədər hələki Qazaxıstanın onlara dəstək verildiyi görülməyib”.
Nuray Əliyeva
