00:00:00
Yazar
Admin User
17.10.2025 17:40 88 2 dəq oxuma
Dünya

Putin və Tramp 2 həftə sonra Macarıstanda görüşəcək!

Putin və Tramp 2 həftə sonra Macarıstanda görüşəcək!

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın 2 həftə ərzində Macarıstanda görüşəcəyini bildirib və "Görüşün təxirə salınmaması ilə bağlı ortaq bir anlayış var",- deyib.

 

Peskov dünən Putinlə Tramp arasında baş tutan telefon danışığı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

 

Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyinə diqqət çəkən Peskov, “Putin Trampı Yaxın Şərqdəki uğurlarına görə təbrik etmək istəyib”,-deyə qeyd edib.

 

Putinlə görüşdən sonra Trampın Rusiyaya yönəlik bəyanatında dəyişiklik edilməsi ilə bağlı Peskov "İki lider daha yüksək səviyyədə dialoqun davam etdirilməsini rədd etməyib, bununla maraqlandıqlarını və buna hazır olduqlarını bəyan ediblər. Təbii ki, görüşün stenoqramı mətbuata qapalıdır",-deyə qeyd edib. 

 

İki liderin məsləhətləşmələri zamanı Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarük imkanının da müzakirə edildiyini bildirən Peskov, “Rusiya tərəfinin bu sahədəki mövqeyi Putin tərəfindən açıq şəkildə çatdırılıb” bildirib.

 

Putin və Trampın görüşü keçirmək üçün lazımi iradəsi var.

Peskov Putin və Trampın yenidən görüşmək üçün razılaşdıqlarını vurğulayaraq, "Görüş iki həftə və ya bir az sonra baş tuta bilər",-deyə bildirib. Görüşün təxirə salınmaması ilə bağlı ortaq bir anlayış var",- deyib. 

 

Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşə hazırlıqla bağlı müzakirələr aparacaqlarını bildirən Peskov, "Bir çox mövzu var. Müzakirə qrupları müəyyən edilməlidir. Təbii ki, iki liderin görüşü keçirmək üçün lazımi iradəsi var",-deyib.

 

“Putin-Tramp sammitinin niyə Macarıstanda keçiriləcəyi” sualına Peskov “Belə qərarlar qarşılıqlıdır”,- cavabını verib.

 

Macarıstanın NATO və Avropa Birliyinin (AB) üzvü olduğunu, lakin öz milli maraqlarını müdafiə etdiyini vurğulayan Peskov, Putin və Trampın buna hörmət etdiyini bildirib.

 

Mətbuat katibi Peskov bildirib ki, Rusiya Ukrayna böhranının sülh yolu ilə həllinə açıqdır, lakin Avropa Kiyev hökumətini münaqişəni davam etdirməyə təhrik edir.

 

TRT HABER

Ayan Eyvazova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər