00:00:00
Yazar
Admin User
24.10.2025 16:51 127 1 dəq oxuma
Dünya

Putin və Tramp gələcək sammiti istisna etmirlər!

Putin və Tramp gələcək sammiti istisna etmirlər!

Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı çıxış edib.

 

“Putin və Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammit ABŞ-nin NATO və Avropadakı müttəfiqlərinin hərəkətləri, yoxsa başqa səbəblər üzündən ləğv olunub?” sualını cavablandırıb. Peskov ABŞ-lə sammitin tarixi ilə bağlı razılığın əldə olunmadığını vurğulayıb.

 

Peskov, "Bu baxımdan, qəti şəkildə razılaşdırılmamış bir şeyi pozmaq çox çətindir. Nə Tramp, nə də Putin sadəcə olaraq görüşlərə vaxt itirmək istəmir. Bu görüşün məhsuldar olması üçün liderlərin razılaşdırdığı kimi, iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində iş aparılmalıdır",- deyib. 

 

Trampın bu mərhələdə sammiti keçirməyi düşünmədiyini bildirdiyini qeyd edən Peskov, "Lakin Tramp gələcəkdə sammit keçirmə ehtimalını istisna etmədiyini dəfələrlə bəyan edib. Putin də eyni fikri bölüşür",-deyib.

 

BİZƏ BAĞLI SANKSİYALARI TƏHLİL EDƏCƏK”

 

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiya qərarı ilə bağlı Dmitri Peskov, "Bu sanksiyalar təhlil edilir. Təbii ki, biz öz maraqlarımıza uyğun olanı edəcəyik. Başqasına qarşı deyil, öz maraqlarımız üçün hərəkət edirik",- deyib.

 

Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının dalana dirəndiyini qeyd edən Peskov bunun Kiyevin danışıqları intensivləşdirmək istəməməsindən qaynaqlandığını qeyd edərək, "Bu istəksizliyə Kiyev rəhbərliyinin Avropa liderləri tərəfindən təşviq edilir",- deyib. 

 

Peskov Yaponiyanın baş naziri Takaichi Sanae-nin Rusiya ilə sülh razılaşması əldə etməyə hazır olduqları barədə açıqlamasını alqışlayıb.

 

Haber Global

Ayan Eyvazova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər