Putin və Trampın nümayəndəsi Moskvada Ukraynanı müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsini bitirəcək razılaşma ilə bağlı danışıqlar çərçivəsində 2 dekabr Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkofla görüşəcək.
Ağ Ev daha əvvəl bu razılaşmanın əldə olunacağına dair “çox nikbin” olduğunu bildirib. ABŞ Prezidenti Donald Trampın kürəkəni və diplomatik məsələlər üzrə müşaviri Cared Kuşnerin də bu görüşdə iştirak edəcəyi gözlənilir. Bu görüş Florida ştatında ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən və sülh planının müzakirə edildiyi iki günlük danışıqlardan sonra baş tutacaq. Həmin görüşlərdə Vitkof və Kuşner də iştirak edib. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqları “konstruktiv” adlandırsa da, hələ də üzərində işlənməsi lazım olan çətin məsələlərin olduğunu bildirib.
BBC NEWS
Səmayə Səftərova