00:00:00
Yazar
Admin User
01.12.2025 05:00 106 1 dəq oxuma
Dünya

Putin və Uitkoff dekabrın 2-də görüşəcəklər

Putin və Uitkoff dekabrın 2-də görüşəcəklər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşü 2 dekabrda baş tutmalıdır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat paylaşıb.

 

Qeyd olunub ki, Uitkoff artıq 1 dekabrda Moskvaya yola düşəcək.

 

Xatırladaq ki, 30 noyabrda Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilib.

 

ABŞ Dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırıb. O həmçinin bildirib ki, Uitkoff Moskvaya gedəcək, çünki Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya "tənliyin bir hissəsi" olmalıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər