00:00:00
Yazar
Admin User
30.05.2025 04:13 186 1 dəq oxuma
Dünya

Putin yardım qarşılığında Kim Çenə nələri verib? - Teleqraf

Putin yardım qarşılığında Kim Çenə nələri verib? - Teleqraf

Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya minlərlə hərbçi göndərib. Bu cür dəstəyin müqabilində Moskva Pxenyana müasir hava hücumundan müdafiə sistemi yollayıb.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

 

Qeyd olunur ki, ötən ilin sonunda KXDR Rusiyadan ən azı bir “Pantsir” zenit-raket kompleksi alıb. BMT-yə üzv 11 dövlət tərəfindən yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) hesabatında deyildiyi kimi, ruslar koreyalılara elektron müharibə sistemləri göndərib, o cümlədən digər növ hərbi dəstək də göstəriblər.

 
 

Bildirilir ki, bu kimi addımlar ötən il iki ölkə liderlərinin strateji əməkdaşlıq sazişi imzalamasından sonra Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Üstəlik, ruslar koreyalılara raketlərin xüsusiyyətlərini yaxşılaşdırmaqda da yardım ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər