00:00:00
Yazar
Admin User
26.08.2025 12:56 93 1 dəq oxuma
Dünya

Putindən qərar

Putindən qərar

Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin səlahiyyət müddətini daha bir il uzadıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya İstintaq Komitəsindəki mənbəyə istinadla məlumat yayıb.

 

Məlumata görə, bununla da Aleksandr Bastrıkin 2026-cı ilin 26 avqustunadək İstintaq Komitəsinə rəhbərlik edəcək.

 

Qeyd edək ki, 72 yaşlı Aleksandr Bastrıkin Rusiya İstintaq Komitəsinə 2011-ci ildən rəhbərlik edir. Rusiya Prezidenti Vladimir Putin ötən il də onun səlahiyyətlərinin 1 il müddətinə uzadılması ilə bağlı Dövlət Dumasına qanun layihəsi göndərib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər