00:00:00
Yazar
Admin User
17.10.2025 18:08 113 2 dəq oxuma
Siyasət

Putinin Macarıstana səfərinə heç bir maneə yoxdur

Putinin Macarıstana səfərinə heç bir maneə yoxdur

Avropa İttifaqı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər Naziri üçün Aİ sanksiyaları Avropa səfərinə qadağa tətbiq etmir.

 

Mövzu ilə bağlı politoloq İlkin Məmmədkərimov “İnformator.az”a açıqlaçasında bildirib ki, beynəlxalq məhkəmələrin qərarları burada icra olunmaya bilər:

 

“Macarıstan adətən Rusiyanı dəstəkləyir və bu məsələdə açıq-aydın Rusiyanın yanında dayanır. Ölkə siyasətində daha çox türk yönümlü bir yanaşma var və buna görə də Putinin Macarıstana səfəri zamanı beynəlxalq məhkəmələrin qərarları burada icra olunmaya bilər. Bu, təkcə Macarıstanın öz mövqeyi deyil, eyni zamanda Avropada yaranmış vəziyyətin nəticəsidir. Ukrayna müharibəsinin həllinə gəldikdə isə, Avropa burada çox az rol oynayır. Tramp belə bu münaqişəni həll edə bilmirsə, Avropa da nəsə edə bilməz. Putin isə açıq şəkildə Fransanı, Böyük Britaniyanı və Albaniyanı hədələyir. Bu o deməkdir ki, Rusiya ilə münaqişəni yalnız siyasətlə və diplomatiya ilə həll etmək mümkün deyil”.

 

Politoloq eyni zamanda açıqlamasında bildirib ki, NATO qüvvələrinin Ukraynaya hərbi və strateji dəstək verməsi vacibdir:

 

“Rusiya artıq çox güclü bir dövlətdir və onu yalnız hərbi güc vasitəsilə dayandırmaq olar. Buna görə də NATO qüvvələrinin Ukraynaya hərbi və strateji dəstək verməsi vacibdir.
Ümumiyyətlə, Avropa ölkələrinin birgə hərəkət qabiliyyəti zəifdir və Rusiya ilə münaqişədə vahid mövqe qurmaq çətindir. Əgər dünya ölkələri birlikdə hərəkət etməsə, münaqişənin sülh yolu ilə həlli hələ uzun müddət mümkün olmayacaq”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər