Putinin məsciddə Qurani-Kərimi öpdüyü anlar diqqət çəkib
Bu, Rusiya prezidenti Vladimir Putinin Çeçenistanda yeni tikilmiş məscidin Quranını öpdüyü görüntüləndi.
Rusiya Dövlət Prezidenti Vladimir Putinin 2011-ci ildən bəri ilk dəfə Çeçenistan Respublikasına gözlənilməz səfəri gündəmdədir. Putin çeçen lideri Ramazan Kadırov və çeçen müftisi Salah Mejievlə birlikdə paytaxt Qroznıda yeni yaradılmış Həzrət İsa məscidinə baş çəkib. Putinin qızılla örtülmüş və qiymətli daşlarla bəzədilmiş Quranı camaata hədiyyə edərək öpdüyü anlar diqqət çəkib. Daha sonra Putin əlində Quran götürərək Kadırov və müfti Mejievlə şəkil çəkdirib. Putinin Müqəddəs Qurana hörmət etdiyi anlar sosial mediada qısa müddətdə gündəmə çevrilib.
Putinin Çeçenistana səfəri
Avqustun 20-də Rusiya lideri Putin son 13 ildə ilk dəfə Çeçenistan Respublikasında Ramazan Kadırov və digər rəsmilərlə görüşüb, Çeçenistanın birinci lideri Əhməd Kadırovun və Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin məzarını ziyarət edib. Universitetdə Putin çeçen bölmələri və Ukraynada döyüşmək üçün təlim keçmiş könüllülərlə görüşüb. Putin və Kadırov səfər çərçivəsində işgüzar görüş keçiriblər. Kadırov görüşdə bildirib ki, Çeçenistan Ukraynaya döyüşmək üçün 19 mini əsgər olmaqla ümumilikdə 47 min əsgər göndərib.
Mənbə:CNN türk
Hüseyn İlyasov
