00:00:00
Yazar
Admin User
03.08.2023 11:36 296 1 dəq oxuma
Siyasət

"Putinin Türkiyəyə səfərini müsbət qiymətləndirmək olar" Mübariz Göyüşlü

"Putinin Türkiyəyə səfərini müsbət qiymətləndirmək olar" Mübariz Göyüşlü

Türkiyə və Rusiya arasında münasibətlərin mövcud səviyyəsi qaneedicidir. Bu münasibətlərin pozulması üçün xaricdən və daxildən edilən cəhdlər nəticə vermir. Hər iki ölkənin liderinin görüşləri, telefon söhbətləri münasibətlərin daha da sıxlaşdırılmasına və inkişafına gətirib çıxarır. Hazırda iki ölkənin razılaşması nəticəsində həyata keçirilən taxıl sazişinin başa çatmasından sonra bu sahədə bir böhran hökm sürür. Putinin Türkiyəyə səfəri baş tutacağı təqdirdə ilk olaraq bu məsələnin müzakirə ediləcəyini və həll ediləcəyini gözləyirəm.

 

İki ölkə arasında digər sahələrdə də ciddi əməkdaşlıq mövcuddur. Liderlərin görüşlərində o sahələrdə də yeni-yeni razılaşmaların əldə olunmasını, hansısa problemlər varsa onların həllini gözləmək mümkündür.
Ancaq bizim üçün ən mühüm məqam – Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı liderlərin aparacağı müzakirədir. Bu məsələdə müsbət tendensiyaların olması bizlər üçün faydalı ola bilər. Bu mənada Putinin Türkiyəyə səfərini, aparılacaq müzakirələri və əldə ediləcək nəticələri müsbət qiymətləndirmək olar.

 

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər