Putinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-də Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib.
"İmformator.az" xəbər verir ku, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir.
Agentlik qeyd edir ki, səfər Rusiya neft tədarükünün yumşaldılması tədbirlərinin başa çatması ərəfəsində baş tutub (11 apreldə bitir – red.). Məlumata görə, bu məsələ Moskva ilə Vaşinqton arasında danışıqların gündəliyinə daxil edilə bilər.