00:00:00
Yazar
Admin User
17.10.2025 18:06 105 2 dəq oxuma
Siyasət

Putinlə Budapeştdə tarixi görüş

Putinlə Budapeştdə tarixi görüş

ABŞ Prezidenti rusiyalı həmkarı ilə telefonla danışıb. Görüşlə bağlı təfərrüatları sosial şəbəkə hesabında paylaşan Tramp, Ukraynadakı müharibəyə toxunaraq Putinə yaxın vaxtlarda görüşəcəyini bildirib.

 

Mövzu ilə bağlı İlkim Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin təzyiqləri Moskva üçün, demək olar ki, əhəmiyyətsizdir:


“Bu görüşdən sonra müsbət qərara gəlinəcəyini düşünmürəm. Çünki Rusiya Ukraynaya hücumlarını genişləndirmək və onun ərazisini tam şəkildə işğal etmək niyyətindədir. ABŞ-nin təzyiqləri Moskva üçün, demək olar ki, əhəmiyyətsizdir. Rusiyanı dayandırmağın yeganə yolu artıq birbaşa hərbi müdaxilədir.
Rusiyanın işğalçılıq siyasəti təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükə mənbəyinə çevrilib. Bunu həm Tramp, həm də Qərb ölkələri – xüsusən də Avropa Birliyi – çoxdan anlayıb. Cənab Tramp da indi başa düşür ki, Rusiya ilə təzyiq və təhdid dilində danışmaq mənasızdır”.

 

Politoloq eyni zamanda açıqlamasında qeyd edib ki , Qərbin özündəki məsuliyyətsizlik nəticəsində Rusiya bu gün bütün dünyaya meydan oxuyur:

 

“Problem ondadır ki, Qərbin özündəki məsuliyyətsizlik nəticəsində Rusiya bu gün bütün dünyaya meydan oxuyur. Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlar, Latviya istiqamətində artan təhdidlər artıq Avropa üçün real təhlükəyə çevrilib. Avropa Birliyi bu vəziyyəti fərqli qiymətləndirir və hərbi hazırlıqlarını gücləndirməyə qərar verib. Almaniya və Fransa silahlı qüvvələrini artırır, açıq müharibə ssenarilərinə hazırlaşır. Dünya isə, təəssüf ki, üçüncü böyük müharibənin astanasındadır”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər