00:00:00
Yazar
Admin User
19.08.2025 13:56 183 2 dəq oxuma
Siyasət

Putinlə Zelenskinin görüşü 2 həftə ərzində baş tuta bilər

Putinlə Zelenskinin görüşü 2 həftə ərzində baş tuta bilər

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş iki həftə ərzində baş tuta bilər.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Putin və Zelenski arasında gözlənilən görüşdən real nəticələrin çıxma ehtimalı müəmmalı xarakter daşıyır:

 

"Çünki real nəticələrin əldə olunması üçün ilk növbədə Zelenski hakimiyyətinin Ukrayna ərazilərini Rusiyaya güzəştə getməyə razılaşması əsas şərt kimi irəli sürülüb. Çünki Rusiyanın əsas tələblərindən biri bundan ibarətdir. Kremldə hesab edirlər ki, Putin və Zelenski yalnız o halda görüşməlidirlər ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etmiş olsun və sülh sazişinə imza atmaq imkanları yaranmış olsun. İndiki şəraitdə hələlik belə bir ehtimalın reallığa çevrilməsi üçün uyğun şərait yaranmış kimi görünmür. Çünki Zelenski Donald Trampla görüşdə Rusiyanın şərtlərinə nə qədər yumşaq yanaşmış kimi görünsə də, əslində ciddi tərəddüdlər içərisindədir. Çünki Zelenskinin Rusiyaya ərazi güzəştləri etmək hüququ və səlahiyyətləri yoxdur. Bu Ukrayna konstitusiyasına ziddir. Əgər Rusiyanın şərtləri Zelenski hakimiyyəti tərəfindən qəbul olunacaqsa, onda bu ilk növbədə Ukraynada referenduma çıxarılmalıdır və Ukrayna xalqı həm konstitusiyanı dəyişməlidir, həm də Zelenskinin Rusiyaya ərazi güzəştləri etməsi ilə bağlı qərarını təsdiq etməlidir. Əks halda bu hüquqi və legitim bir qərar olmayacaq. Bu baxımdan proseslər hələ yeni başlayıb və bu proseslərin real nəticələr verməsi üçün müəyyən müzakirələrin aparılması və mövcud situasiyadan çıxış yollarının axtarılması vacibdir. Çünki Rusiyanın şərtlərinin qarşısında ilk növbədə Ukraynanın konstitusiyası dayanır və konstitusiya bir dövlətin əsas atributlarından biridir və onun pozulması yolverilməzdir. Əgər konstitusiyada qadağan olunmasına baxmayaraq Ukraynanın əraziləri Rusiyaya güzəştə gedilərsə, bu o deməkdir ki, Ukrayna dövlətçiliyi çox ciddi təhlükə qarşısındadır. Təbii ki, bütün bunlar yaxın vaxtlarda aydınlaşacaq məsələlərdir. Hətta Putin-Zelenski görüşü baş tutmaya da bilər. Eyni zamanda proseslər elə istiqamətə yönələ bilər ki, Alyaskada əldə olunmuş Tramp-Putin anlaşması da pozula bilər. İndiki situasiyaya görə gələcəkdə baş verəcək hadisələrin nəticələri haqqında yekun rəylərin bildirilməsi hələ çox tezdir".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər