00:00:00
Yazar
Admin User
22.09.2025 09:14 115 2 dəq oxuma
Sosial

Qadın sahibkarlar

Qadın sahibkarlar

Dövrümüzdə biznes dünyasında qadınlar da artıq fəaldır. Onlar müxtəlif sahələr üzrə həm kiçik, həm də böyük layihələrdə çıxış edirlər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib ki, sahibkar nə qədər çox olarsa, iqtisadiyyat daha da çox inkişaf edər:


"Bir çox məsələlərdə kişilər xanımlara işgüzar həyatda müəyyən üstünlüklər və ya güzəştlər verə bilərlər. Burada problem görmürəm əksinə, yaxşı haldır.

Qeyri hökümət təşkilatları və ya layihələr var ki, qadın sahibkarlığına yardım göstərir, layihələr ayırırlar ki, məhz qadın sahibkarlığını təşviq etsinlər.


Sahibkarlıq özü kifayət qədər çətin bir sahədir. Burada müəyyən istedad və idarəçilik lazımdır. İstehsal sahədədirsə, təbii ki, bu sahəni yaxşı bilmək lazımdır. Həmçinin müsahibatlıq və marketinq bilikləri də önəmlidir.


Kiçik sahibkar olduqda isə xüsusi keyfiyyətlər olmalıdır. İri sahibkarlarda elədir ki, onlarda biznes böyükdür orada müvafiq ştata cəlb edilərək iş bölüşdürülür.


Kiçik orta sahibkarlar üçün ayrı-ayrı layihələr ayrılır. Digər hökümət və qeyri-hökümət təşkilatları qadınların sahibkarlığa cəlb olunması, inkişaf olunması üçün xüsusi layihələr həyata keçirirlər ki, məhz qadınlar biznesdə daha aktiv iştirak etsinlər.


Sahibkarlıq elə fəaliyyətdir ki, sahibkar sinfi yenilikləri tətbiq edən, bütün istehsal amilləri özündə birləşdirən bir sahədir. Sahibkar nə qədər çox olarsa, iqtisadiyyat daha da çox inkişaf edər.


Xüsusən burada xanımların rolu artsa, müəyyən sahələr var ki, onlar daha yaxşı bacararlar. Ona görə də, xanımların biznesdə iştirakı müsbət haldır".


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər