Qadınların hərbi təhsildə yeri
Azərbaycanda və dünyada qadınların hərbi təhsil müəssisələrinə marağı artmaqdadır. Son illərdə hərbi məktəblərə qəbul olunan xanım kursantların sayı əvvəlki dövrlərlə müqayisədə yüksəlib.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “İnformator.az”a bildirib ki, hər bir ölkənin mentaliteti olduğunu kimi, bizimdə ölkəmizin öz dəyərləri var. Buna əsasən hərbidə yalnız kişilər iştirak edir:
“Hərbi əsasən kişi peşəsidir. Müstəsna halda qadınlarımız zabit olmaq istəyir. Onlarda hərbi məktəbdə təhsilini başa vururlar.Ordu rəhbərləri hər zaman qadınların ordunun qərargahlarında, mülki işlərdə xidmətini istəyirlər. Ancaq zabit kimi qadınların Azərbaycanda mövqe tutması yolaverilməzdir, lakin bu hal qardaş Türkiyə və s ölkələrdə rastlanır. Buna baxmayaraq şəraiti normal yerlərdə xidmət etsələr də, ağır şəraitdə qadınların xidmətini ordu rəhbərliyi münasib bilmir. Günü-gündən qadınlarımızın bu sahəyə marağı artır. Azərbaycan konstitusiyasına görə hərkəs bərabər olduğu üçün qadınlarımızda bu sahəni seçmək hüququna malikdir. Digər sahələrdə olduğunu kimi qadınlarımız bu sahədədə uğur qazana bilər. Zəmanə dəyişdikcə artıq qadınlarında hərbi işlə məşğul olub, fərqi aradan qaldıracağını hesab edirəm. Gələcəkdə dövrün normalarına uyğun bu mövzuda yeni qərarlar verilə bilər”.
Fatimə Hüseynli
