00:00:00
Yazar
Admin User
21.10.2025 12:35 119 1 dəq oxuma
Dünya

Qafarova və Simonyan nələri müzakirə edib?

Qafarova və Simonyan nələri müzakirə edib?

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazırdır.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Cenevrədə iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilib.

 

“Simonyan və Qafarova qanunvericilik səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildirib. Müzakirə zamanı spikerlər Vaşinqton sammitində əldə olunan razılaşmaları, eləcə də münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayıb”, - bəyanatda deyilib.

 

Qeyd edək ki, Simonyan və Qafarova arasında Cenevrədə görüş Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun iştirakı ilə baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər