00:00:00
Yazar
Admin User
30.08.2024 08:38 346 1 dəq oxuma
İdman

Qalatasaraydan müdafiəçi Mario Hermoso transferi! Razılaşma yaxındır...

Qalatasaraydan müdafiəçi Mario Hermoso transferi! Razılaşma yaxındır...

UEFA Çempionlar Liqasından kənarlaşdırılan və yoluna Avropa Liqasında davam edəcək "Qalatasaray" transferə can atıb. "Sarı-qırmızılar" mərkəz müdafiəçisi postu üçün "Atletiko Madrid"lə müqaviləsi başa çatan Mario Hermosonu nəzərdən keçirir.

Pley-off mərhələsində qarşılaşdığı “Yanq Boyz”la mübarizədən kənarlaşdırıldıqdan sonra UEFA Çempionlar Liqası ilə vidalaşan “Qalatasaray”da yeni irəlləyişlər yaşanır. UEFA Avropa Liqasında yoluna davam edəcək sarı-qırmızılılar transferə can atırlar.
Müdafiə xəttini gücləndirəcəyi gözlənilən "Qalatasaray"ın gündəmində "Atletiko Madrid"lə müqaviləsi başa çatan Mario Hermoso olub.

"TRT Spor"un xəbərinə görə, sarı-qırmızılılar futbolçunun transferini başa vurmaq üzrədir.
Qalatasaray Rəhbərliyinin futbolçuya maaş + imza pulu kimi ödəyəcəyi məbləğin 5 milyon avro olacağı bildirilib.
18 iyul 2019-cu ildə 25 milyon avro ödəyərək "Atletiko Madrid"in heyətinə qatılan Hermoso ispan nəhənginin heyətində 174 matça çıxıb və 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər