Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb
Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.
Bu məsələ ilə bağlı tibbi ekspert Rasif Bağırov İnformator.az”a açıqlamasında bildirib ki,bu qanunsuz tibbi fəaliyyətlə məşğul olmağını statistikası ölkədə aparılmayıb ki,biz deyək ki,bu qədər adam belə məşğul olur,bu qədər adam məşğul olmur:
“Birincisi qanunsuz tibbi fəaliyyətlərlə məşğul olmaq qadağandır.Mənim fikrimcə,heç onun statistikası olmamalıdır. O elə aşkar olunan kimi orada bağlanmalıdır ve bununla da yoxa çıxarılmalıdır.Çünki bu qanunsuz olduğuna görə,bu aşkara da çıxartılmamalı, göstərilməməli, gizlənməli və görünən kimi də qanunsuz fəaliyyəti qadağan edilməli və lazım olan hüquqi normativlər əsasında cəzalandırılmalıdır.Bu məsələnin bir tərəfi,ikinci tərəfi isə bunun qarşısını almaq üçün gərək birinci növbədə Səhiyyə Nazirliyi bu prosesi aradan qaldırmaq üçün ciddi addımlar atsın və əhaliyə müraciət etsin ki,”Harda belə şeyə rast gəlsəniz bizə xəbər edin və biz də bu məsələ ilə bağlı mübarizə aparaq və həmin adamları müəyyən cəzalandırma tədbiri görək ki,belə işlərlə məşğul olmasınlar”.İndi çox adamlar var ki evdə müəyyən aparatlar qurur,evdə müəyyən işlər görür,sonra insanlara müraciət edirlər,insanları yoldan çıxardırlar.İnsanlar həmin adamların yanına müraciət edirlər.Düzdür, onlar rəsmi şəkildə etmirlər,amma gizli şəkildə müraciət edirlər.Burada da əsas problem ondan ibarətdir ki,xəstələrimizin böyük əksəriyyəti bir neçə həkimə gedir, lazımi səviyyədə ordan müalicə görməyən də məcbur olurlar belə insanların yanına getsin.
Bizdə bu işlə məşğul olanların sayı həddən artıq çoxdur.Bir də görürsüz ki,internetdə kimsə tibbi sənədləri və heç bir icazəsi olmadan özündən dərmanlar yazır,nümunə kimi də bir neçə nəfəri danışdırıb,reklamlar edirlər.Nəticədə bu prosses cəmiyyət arasında yayılır.Düşünürlər ki,belə edərək pul qazana bilərlər.Bunlara qarşı,birincisi özəl və dövlət təşkilatlarını yoxlayıb,həkimlərin əllərində hər hansı bir diplomu,sertifikatı varmı, yoxmu,doğrudan da bunlar işləyə bilərmi, işləyə bilməzmi yoxlanmalıdı. Onlar yoxlandıqdan sonra,onları dəqiqləşdirmək mümkün olar.Ondan sonra ancaq ictimaiyyətə müraciət edilməlidir ki,”Harda görsəniz bizə bu haqda məlumat verin,biz belə işlərin qabağını alaq”.Onda ,təbii ki, müəyyən siqnallar çata bilər, həmin siqnallar əsasında,bu cür işlərlə məşğul olan adamlarla mübarizə apara bilmək, o qədər də çətin olmaz”.
Eyni zamanda tibbi ekspert Rasif Bağırov müəyyən televiziyalar vasitəsilə,xüsusi olaraq insanlara,xalqa bəzi informasyalar verməyin lazımlı olduğunu vurğulayıb:
“Görürük ki, falçının yanına gedirlər,falçı başlayır onlara dərman yazmağa.Və yaxud harasa müraciət edirlər.Yəni, belə çox müxtəlif sahələr var,bunların sayı hesabı yoxdur.Elə olur ki,müraciət edilir,məsələn müəyyən bel ağrıları ilə bağlı və ya kiminsə belində yırtıq var,bu ömründə düzələ bilməz,kimsə buna qır qoyur və ya kimsə bunu dartır,belə şeylərlə də düzələsi deyil.Tibb elmi var,nəticələri var,elm sübut edir ki,bu işlə bu cür məşğul olarlar.Yəni, bizdə bəzi insanların tibbi görüşü çox aşağı olduğuna görə bəzən həkimin yox,adi insanlarınn danışığına daha çox inanırlar.Ona görə də adi adamlar bunlara evdə oturub fikirləşdiyi hansısa resepti məsləhət görürlərsə onu da edirlər.Ondan sonra da müəyyən problemlərlə həkimlərə müraciət edirlər.Burda belə işlərlə çox ciddi mübarizə aparılmalıdır.Yəni, çox belə şeylər olur,böyük əksəriyyət var,görürsüz ki,deyir ki: "Mən ancaq xərçəng xəstələrini müalicə edirəm" və xüsusi adamlar da var,onları da salırlar camaatın arasına elə ki,hansı evdə təsadüfən xərçəng xəstəliyi aşkar olunursa,mütləq həmin evə informasiya gəlir ki,”Filankəs filan yerdə xərçəng xəstəliyini müalicə edir”.Onu necə edirlər,necə gedirlər.Gəlir çağırır “Mən dərman hazırlayıram,aparıb verirlər,xəstə düzəlir.Sən 3 ay bunu edəcəksən,3 ay sonra ged USM müayinəsinə düyünlərin yarısı vəya hamısı yoxa çıxacaq”.Gedib daha sonra görürlər ki,azalmaq yerinə daha da çoxalıb.Bu da biraz professional olur yüksək məbləğ almır ki,camaat gəlsin.Elə məbləğ alır ki,camaat daha sonra həmin məbləğin dalınca gəlmək istəmir.Və bu da həmin şəxsin qazancı olur.Belə adamlarla buna görə maarifləndirici işlər aparmaq lazımdır ki,yəni xəstələr ümid edirlər.Xəstənin ümidini qırmaq onu elə pis,ağır vəziyyətə salmaq lazım deyil.Nə uyğun,normal yəni,tibbi söhbətlər var,elmi işlər var,elmə uyğun müalicələr var,yalnız onlarla getmək lazımdır.Yəni insanlarda bu sahədə dünya görüş azdır,bizdə həddindən çoxdur belə hadisələr”.
Nəzrin Nəsirova
