00:00:00
Yazar
Admin User
28.11.2025 18:21 98 1 dəq oxuma
Dünya

Qara dənizdə gəmi yanğını

Qara dənizdə gəmi yanğını

Rusiyanın Novorossiysk limanına səfər edən Qambiya bayraqlı tankerdə Kocaelinin Kandıra rayonunun açıqlarında yanğın baş verib. Hadisədən dərhal sonra başlanılan xilasetmə işləri nəticəsində gəmiyə çatılıb və ekipaj üzvləri təxliyə edilib. Gəmidən təxliyə olunan 25 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.

 

Nəqliyyat və İnfrastruktur Nazirliyi, Misirdən Rusiyaya səfər edərkən İstanbul Türkeli Fenerinə 52 mil məsafədə, Qara dənizdə partlayış və yanğın meydana gəldiyi bildirilən “KAIROS” adlı gəmi ilə bağlı açıqlama yayıb. Açıqlamada aşağıdakı ifadələrə yer verilib:

 

“İçərisində 25 nəfər olan, 274 metr uzunluğundakı tanker üçün Nəqliyyat və İnfrastruktur Nazirliyimizə aid KEGM-9 və KEGM-10 sürətli xilasedici (canqurtaran) qayıqlarımız, Kurtarma-12 yedək gəmimiz və ‘Nene Hatun’ təcili müdaxilə gəmisimiz hadisə yerinə dərhal yönləndirilib. Gəmide olan 25 nəfər ekipaj isə KEGM-10 qayığı ilə dənizdən sağlam şəkildə götürülüb".


TRT Haber
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər