00:00:00
Yazar
Admin User
28.11.2025 19:00 93 1 dəq oxuma
Dünya

Qara dənizdə tanker yanğını: 25 nəfər sağ-salamat xilas edilib

Qara dənizdə tanker yanğını: 25 nəfər sağ-salamat xilas edilib

Rusiyanın Novorossiysk limanına gedən Qambiya bayraqlı tanker Kocaelinin Kandıra açığında yanıb. Hadisə barədə məlumat daxil olan kimi xilasetmə qrupları əraziyə göndərilib və gəmidə olan 25 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Rəsmilər bütün heyətin səhhətinin yaxşı olduğunu açıqlayıb.

 

Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib ki, “KAIROS” adlı tankerdə baş verən partlayış və yanğına görə xilasetmə gəmiləri və sürətli tahlisiye qayığı dərhal hadisə yerinə çatdırılıb. Kocaeli valisi də əməliyyatın uğurla başa çatdığını, sahildə tibbi və təhlükəsizlik qruplarının heyəti qarşıladığını deyib.

 

TRT Haber

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər