00:00:00
Yazar
Admin User
07.08.2024 14:24 562 1 dəq oxuma
İdman

"Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub

"Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçla bağlı fikirlərini bölüşən idman jurnalisti Orxan Sübhan " "Qarabağ"ın rəqibi sıradan bir komanda deyil" deyib.

" "Ludoqorets" 13 ildir Bolqarıstan çempionu olur, illərdir avrokuboklarda oynayır. Oyunun çətin keçəcəyi əvvəlcədən məlum idi. Belə də oldu. Əslində "Qarabağ" ilk oyuna səfərdə çıxsaydı, daha yaxşı olardı. Çünki, komandamız ilk oyundan sonra rəqibi daha yaxşı tanıyır və daha yaxşı nəticə qazanır. Kifayət qədər belə misal çəkmək olar.

Məğlubiyyətə baxmayaraq mən "Qarabağ"ın cavab oyununda lazım olan nəticəni qazanacağına inanıram. Oyundan sonra mətbuat konfransında  Qurban Qurbanov da dedi ki, biz Bolqarıstana qələbə qazanmaq üçün gedəcəyik".

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər