00:00:00
Yazar
Admin User
23.09.2025 19:56 133 1 dəq oxuma
Sosial

“Qarabağ”ın oyununa biletin qiyməti 440 manata!

“Qarabağ”ın oyununa biletin qiyməti 440 manata!

Çempionlar Liqasının 3-cü turunda İspaniyanın “Atletik”(Bilbao) və “Qarabağ” arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.

 

"İnformator.az" "Publika.az"a istinadla xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidmətindən bildirilib.

 

Məlumata əsasən, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.

 

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

 

Qeyd edək ki, bir turdan sonra “Qarabağ”ın aktivində 3 xal var. “Atletik” isə evdə “Arsenal”a 0:2 uduzub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər