00:00:00
Yazar
Admin User
08.11.2025 10:03 124 1 dəq oxuma
Dünya

Qarabağ zəfəri bölgədə yeni dövrün qapılarını açıb

Qarabağ zəfəri bölgədə yeni dövrün qapılarını açıb

“Qarabağın azadlığı yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün də böyük qürur mənbəyidir. Azərbaycan ordusunun Qarabağ torpağında atdığı hər addım, azadlıq və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində bir şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılıb”.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxışında deyib.

 

“Bu gün burada Azərbaycan əsgəri, Türkiyədən gələn hərbi qardaşları ilə çiyin-çiyinə, yan-yana dayanır. Əsgərlərimizə baxdıqca “iki dövlət, bir millət” şüarının mənasını hər birimiz aydın görürük. Şəhidlərimizin qarışmış qanları üzərində yüksələn azadlıq bayrağı Qarabağın hər yerində şan, şərəf və qürurla dalğalanır.

 

İlham qardaşımın cəsarətli rəhbərliyi altında Azərbaycan ordusu Qarabağı işğaldan azad edərək qəlblərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükür, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında sülh, inkişaf, rifah və azadlıq mövcuddur. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da möhkəmlənəcək.


Qarabağ Zəfəri yalnız vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymadı, həm də bölgəmizdə yeni bir dövrün qapılarını açdı”, - Türkiyə lideri qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər