Qarabağ zəfəri türk dünyası üçün böyük qürur mənbəyidir
Prezident Ərdoğan, "Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük qürur mənbəyidir. Azərbaycan ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər bir damla qan türk dünyasının tarixinə şərəf nişanı kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb",- deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Qarabağ zəfərinin ildönümü ilə əlaqədar Bakıda keçirilən mərasimdə çıxış edib.
Prezident Ərdoğanın sözlərindən diqqət çəkən məqamlar:
"Sizə 86 milyon insanın ən səmimi rəğbətini gətirirəm".
Hörmətli qardaşım Prezident İlham Əliyev, Pakistanın Baş naziri Şahbaz Şərif, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri, azərbaycanlı qardaş və bacılarım, Sizi ən səmimi hisslərim, hörmət və məhəbbətimlə salamlayıram. Qələbə Günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan böyük şərəf duyuram. Qardaşım İlham Əliyev, xoş dəvətə görə minnətdarlığımı bildirirəm. Türkiyədəki qardaş və bacılarınızın salamlarını sizə çatdırıram. Sizə 86 milyon insanın ən səmimi rəğbətini gətirirəm.
Aydan Əsgərxanlı
TRT Haber