00:00:00
Yazar
Admin User
15.02.2024 17:08 327 1 dəq oxuma
Sosial

Qarabağa "Böyük Qayıdış"

Qarabağa "Böyük Qayıdış"

Məcburi köçkünlər illər sonra yurd-yuvalarına qayıdacaqlar. Bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa edilərək doğma sakinlərinə veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

 

Məcburi köçkünlərin qayıdışı planlaşdırılan ərazilərin iqtisadi fəaliyyət necədir? Qayıdış zamanı Qarabağın əzəli sakinlərini hansı yeniliklər gözləyir ?

 

İqtisadçı Toğrul Maşallının “informator.az”a açıqlamasına görə, azad olunmuş ərazilərdə hər şey sıfırdan yaradılır.

 

İqtisadçı bildirir ki, Qarabağda iqtisadi dirçəliş və bu bazarın formalaşması üçün əhalinin qayıdışı önəmlidir:

 

"Sadəcə əhalinin nə ilə məşğul olacağı perspektivi hələ məlum deyil. Müəyyən ərazilər dövlətin xüsusi nəzarətindədir.

Yerli əhali olsa belə istənilən bir şəxs orda biznes aça bilməz. Qarabağla bağlı müvafiq planlar təsdiqlənsə də, ictimaiyyətlə detallı paylaşılmır. Onların strukturu, müddəti barədə məlumat verilmir. Ümumiyyətlə, azad olunmuş ərazilərin dövriyyəyə salınma prosesi bəlli deyil. Buna görə də konkret fikirlər səsləndirmək çətindir. Məhdudiyyətlər aradan qalxdıqdan sonra bu barədə geniş mülahizələr irəli sürmək mümkün olacaq”.

 

Azər Abuşov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər