Qarabağda görülən işlər strateji baxışı göstərir
Prezident: Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlər dövlətin şəhərsalma sahəsində strateji baxışını nümayiş etdirir
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ümumiyyətlə, şəhərsalmanın özü olduqca mürəkkəb, zəruri və strateji xarakterli iqtisadi fəaliyyət sahəsidir:
“Biz bilirik ki, sovet dövründə bir neçə sovet şəhərlərini çıxmaq şərti ilə, yerdə qalan bütün yaşayış məntəqələrində şəhərsalma prosesləri müəyyən standartlar əsasında yox, yerli şəraitə uyğun aparılırdı. Çox təəssüflər olsun ki, ondan sonrakı müstəqillik əldə olunan dövrlərdə, elə Azərbaycanda da ilkin mərhələdə şəhərsalma prosesləri müəyyən sivil və strateji standartlara yox, bir növ yarım vəhşi normalarla və qaydalarla aparılıb. Amma müasir şəhərsalma elmidir. Onun həm insanların yaşayışı, həm zövqü, həm dünyagörüşü, həm də demoqrafiyanın. 10 illər sonrakı inkişafına uyğun hesablanaraq həyata keçirilir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə ermənilər 30 ildə sivil norma deyilən bir şey qoymadılar və hər şeyi alt üst eləyib dağıtdılar. Azərbaycan ermənilərdən çox ağır və dağıdılmış bir miras alsa da, amma burada həm də müsbət bir başlanğıc ola bilər. Bu da sıfır dan başlayaraq qurulan şəhərləri artıq sivil normalarla və strateji konsepsiya əsasında aparmaq imkanıdır. Çox gözəl ki, gözəldir ki, Azərbaycan və ölkənin prezidenti azad olunmuş ərazilərdə şəhərsalmanı sivilizasiya prinsiplərinə uyğun və strateji hədəflərə hesablanaraq aparılması üzərində nəzarət edir və işin bu istiqamətdə aparılmasına çalışır. Bilirik ki, işğaldan azad olunmuş şəhərlərimizin demək olar ki, hamısının quruculuq şəraitində baş planı hazırlanıb. Şuşadan tutmuş Xankəndi, Xocalı, Ağdam, Füzuli və digərlərinin baş planları bildiyim qədər ya hazırdı, ya da hazırlanmaqdadır və baş plan da elə strateji hədəflər nəzərə alınmaqla aparılır. Yəni 20 ildən 30, -40, -50 ildən sonra həmin ərazilərdə əhalinin sayı çoxaldıqca mövcud infrastrukturlarda problem görsənməsin və xüsusilə də infrastrukturlar, sosial obyektlər, ekoloji layihələr
buradakı vəziyyətin tələblərinə cavab verən formada olsun. Bu nöqteyi nəzərdən əlbəttə Azərbaycanın azad bölgələrində şəhərsalmanın gedişinə strateji baxış olduqca vacibdir. Bu nöqteyi nəzərdən prezidentin həmin ərazilərdə şəhərsalmaya strateji baxışın vacib olduğu mövqeyini ortaya qoyması, həm də Azərbaycan dövlətinin strateji maraqları ilə səsləşən bir mövqedi. İndi qalır ki, işin icraçıları şəhərsalmanı həmin strateji baxışın müddəalarına uyğun olaraq həyata keçirsinlər. Əlbəttə, bu sahədə dövlət başçısının yəqin ki, ciddi nəzarəti olacaq. Şəhərsalmanın həm strateji baxış konsepsiyası əsasında aparılması, həm də hazırlanması, həm də bu prosesin qalar əsasında aparılmasına lazımı nəzarətin təşkili, yəqin ki, prezidentin bundan sonrakı fəaliyyətində də əsas istiqamətlər olacaq “.
Reyhan Quliyeva
