00:00:00
Yazar
Admin User
03.10.2023 12:18 220 2 dəq oxuma
Yoxdur

Qarabağda minatəmizləmə tədbirləri həyata keçirilir

Qarabağda minatəmizləmə tədbirləri həyata keçirilir

Bakıda ilk dəfə Ümumdünya Məskunlaşma Günü keçirilib. Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev hazırda ölkə üzrə 7, Qarabağ iqtisadi rayonu üzrə isə 4 şəhərin baş planının hazırlandığını bildirib.
"Son 20 ildə 56 şəhərin yeni baş planlarını işləyib hazırlayıblar və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçir"-, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda ilk dəfə keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə  belə deyib. Sədr işğaldan azad olunna ərazilərdə görülən işlərdən də danışıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, əhalinin öz ərazilərinə köçürülməsi məsələsi təhlükəsiz şərait tələb edir:

“ Bu baxımdan işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi vacibdir. Anama-nın sədr müavini Samir Poladov bu məqsədlə 98 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini bildirdi”.

ANAMA-nın sədr müavini Samir Poladov deyib ki, onminlərlə tank əleyhinə minalar aşkarlanıb:

“Onların arasında partlamamış sursatlar, piyada əleyhinə minalar da var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin öz istehsalıdır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir".

Qeyd edək ki, antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə də minatəmizləmə işləri aparılır. Məskunlaşma olmadığı üçün bu yerlərdə qismən zəruri tədbirlər həyata keçirilir.

Aynurə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər