00:00:00
Yazar
Banuçiçək Məmmədova
22.05.2026 16:46 32 1 dəq oxuma
Dünya

Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyir

Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyir

Baş nazir Nikol Paşinyan “niyə orada ölmədiniz?” sözünü Qarabağ erməniləri haqda yox, onların qondarma elitası barədə söyləyib.

 

"İnformator.az" "Teleqraf" a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

 

“Həmin epizod müharibə başladıqdan dərhal sonra Qarabağ ermənilərini talayaraq ciplərlə Ermənistana qaçan saxta elita ilə əlaqəlidir. Onlarla kilometrlik bahalı cip karvanı yaranmışdı, orada “06” yox idi, hamısı cip idi. Qaçıb bura gəldilər, kafelərdə yeyib-içdilər, oradakı insanları və əsgərlərimizi tək qoydular. İndi Nikol Paşinyan onları nəzərdə tutur. İndi yenə deyirlər ki, gəlin İrəvanda kafelərdə, ciplərimizdə oturaq, qoy bu uşaqlar gedib yenidən ölsünlər. Sənin nə haqqın var, sən kimsən, əclaf, sən kimsən, özün qaçıb bura gəlmisən, başqalarına necə gedib orada ölməli olduğunu deyə bilərsən?”, - nazir qeyd edib.

Papoyanın sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətdən gedişi və radikalların iqtidara gəlişi müharibəyə səbəb ola bilər:

“Biz burada olsaq, sülh, onlar gəlsələr, müharibə olacaq. Bunun nəticəsi odur ki, 2,5 ildir Ermənistan sərhədlərində atışma olmayıb. Yalnız sülh dövründə bütün məsələləri həll etmək mümkündür. Əksini deyənlər sadəcə məzarların sayını artırmaq istəyirlər, ancaq məzarların sayını artırmaqla yeni ciplər, İrəvanda yeni evlər, yeni kafelər almaq olar. Biz isə deyirik ki, bu baş verməyəcək”.

#xəbər #baki #istəyir #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər